Müsavat Partiyasının üzvü Tofiq Yaqublu saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb. Hazırda Tofiq Yaqublunun evində axtarış aparıldığı bildirilir.
Hələ ki, onun nədə şübhəli bilindiyi açıqlanmayıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumatı təsdiq edib. Nazirlik rəsmisi qeyd edib ki, hazırda araşdırma aparılır.