Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib - FOTO

14 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Metbuat.az-ın məlumatına görə, iclasda “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı və qərarın tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair plan təsdiq edilib. İclasda eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 8 oktyabr tarixli qərarı ilə “Həbs və ev dustaqlığı qətimkan tədbirlərinə dair müraciətlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Plenumun 2009-cu il 3 noyabr tarixli qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələri müzakirə olunaraq təsdiq edilib.

Plenumda, həmçinin konkret işlərə baxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı