Test kitabçaları niyə verilmir? - DİM sədri AÇIQLADI

İldə 365 gün var, onun 253 günü imtahan keçirilir.

Metbuat.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışında deyib.

"Biz bəzən elmiliyi şəffaflığa qurban veririk. Məsələn, imtahandan sonra test kitabçalarının verilməsi elmiliyə ziddir, lakin biz şəffaflığa görə bu addımı atdıq.

600 mindən çox insan DİM-in sistemdə biliyin qiymətləndirilməsi prosedurlarından keçir 4000-dən çox marker yoxlamalarda iştirak edir. İl ərzində 40 adda, 253 imtahan keçirilib. Təhsil sistemi ətalətli sistemdir. Lakin təhsil sisteminin dayanıqlı inkişafı üçün hər hansı yenilik və innovasiya sistemdə mövcud olan ənənəyə söykənməlidir", - o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı