"Bəzi Qərb ölkələri Rusiya ilə Ukrayna məsələsini müzakirə etmək istəyir"

Rusiya xarici işlər naziri Sergey Lavrov bir sıra Qərb ölkələrinin liderlərinin Ukrayna məsələsini və Avropanın təhlükəsizliyini müzakirə etmək üçün görüşmək təklifləri ilə Moskvaya dəfələrlə siqnallar göndərdiyini bildirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə mətbuat konfransında deyib.

S. Lavrovun sözlərinə görə, Qərbin Ukraynada başlatdığı müharibənin dalana dirəndiyini anlamağın vaxtı çatıb: “ABŞ və Avropa ölkələri artıq ümidlərini doğrultmayan Kiyev üçün pul tapmaqda çətinliklər yaşayır. Ukrayna açıq şəkildə ümidləri doğrultmadı”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı