Tofiq Yaqublu həbs edildi

Dünən saxlanılan Milli Şura üzvü Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub. Qərara əsasən, Tofiq Yaqublu barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi dünən Tofiq Yaqublunun Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması və evində axtarış aparılması barədə məlumat yayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı