Azərbaycanda istehlak bazarı böyüyüb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 % artıb.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 % artaraq 60,8 milyard manata bərabər olub, onun 47,9 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,1 manat çox vəsait xərcləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı