Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq

Azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılacaq.

Metbuat.az bildirir ki, bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov qurumun bu gün keçirilən iclasında məlumat verib.

“Təxminən azad edilən əraziləri əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır”, - o deyib.

R.Qasımov bildirib ki, digər 7 dairə üzrə də 20 seçki məntəqəsinin yaradılmasına ehtiyac var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR