“Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvənləri artır. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var”.
Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi Türkiyəyə olan inamı artırıb.
“Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı”, - deyə Ərdoğan vurğulayıb.