ARB televiziyasında yayımlanan "Səni axtarıram" verilişində maraqlı anlar yaşanıb.
Metbuat.az xəbər verir ki, canlı efirdə orta yaşlı qadın Aqşin Fatehi sevdiyini bildirib. Bir müddət sonra isə qadın özündən gedib.
Ayıldıqdan sonra isə yenidən Aqşin Fatehi sevdiyini və bunun "Allah vergisi" olduğunu deyib:
"Mən Aqşin Fatehi sevirəm. Gülməyin. Bu Allah tərəfindən verilib, Allah vergisidir".
Qadının sevgi etirafının ardınca aparacı Xoşqədəm Hidayətqızı Aqşin Fatehi studiyaya dəvət edib.
Həmin görüntüləri təqdim edirik: