Avropa nəgəngi "Fənərbaxça"nın qapısını döydü - Rekord təklif

"Fənərbaxça"nın ulduz futbolçusu Ferdi Kadıoğlunu transfer etmək istəyən klublar arasına “Roma”da qatılıb.

Metbuat.az xəbər Türkiyə mediasına istinadən verir ki, “Napoli” və “İnter”dən sonra “Roma”nın da Ferdi Kadıoğluna təklif göndərdiyi irəli sürülür. Bildirilir ki, İtaliya nəhəngi "Fənərbaxça"nın transfer tələblərini qarşılaya bilər. "Fənərbaxça"nın Ferdi Kadıoğlu üçün azı 25 milyon avro tələb etdiyi irəli sürülür. Bu transfer reallaşarsa Ferdi Kadıoğlu "Fənərbaxça"nın ən bahalı futbolçusu olacaq.

Bundan əvvəl istedadlı futbolçuya İngiltərə nəgənglərindən də təkliflər olduğu qeyd edilmişdi.

Bu mövsüm Ferdi Kadıoğlu “Fənərbaxça” forması ilə 22 matçda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR