ABŞ-ı çalxalayan seks qalmaqalı - Konqres binasında görüntüləndilər

ABŞ Konqresində lentə alınan görüntülər ölkəni şoka salıb.

Metbuat.az xəbər verir ki, görüntülərdəki şəxsin homoseksual Aidan Maese-Czeropski olduğu irəli sürülür. 24 yaşlı Çeropskinin həmcinsi ilə cinsi əlaqədə olduğu müşahidə edilib. Sosial mediada yayımlanan görüntülərdə Czeropski görüntüləri lentə alarkən, zalda başqa şəxslər olmadığı müşahidə edilib.Demokrat senator Ben Cardin şəxsi X hesabında Çeropskinin vəzifədən azad edildiyini açıqlayıb. Cardin, "Aidan Maese-Czeropski artıq ABŞ Konqresinin rəsmisi deyil. Bu mövzuda əlavə açıqlama verməyəcəyik" deyə qeyd edib. 8 saniyəlik videonun Konqresin Ədliyyə Komitəsinin dinləmə zalında çəkildiyi qeyd edilib və ABŞ mediası senator və keçmiş FTB direktoru Ceyms Kominin də eyni zalda ifadə verdiyinə diqqət çəkib.

Qeyd edək ki, Çeropski daha əvvəl ABŞ Prezidenti Co Baydenin reklam kampaniyasında iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı