Azərbaycan millisi ilə adı hallanan Şenol Günəşə sürpriz təklif

Azərbaycan millisinin baş məşqçi postuna adı hallanan Şenol Günəşə Kosovo millisindən təklif göndərilib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şenol Günəş Kosovodan düşünmək üçün vaxt istəyib. Bildirilir ki, Kosovo millisinə digər iddialı namizəd isə Roberto Karlosdur. Türkiyə mediası yazır ki, Azərbaycan Futbol Federasiyası rəsmiləri keçirdikləri toplantıda millinin baş məşqçi postuna ilk hədəf kimi Şenol Günəşi müəyyənləşdiriblər.

Qeyd edək ki, Şenol Günəş Azərbaycan millisi ilə bağlı belə demişdi: "Azərbaycanın milli komandasını çalışdırmaqdan qürur duyaram. Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram" .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı