Şəhid anası vəfat etdi - FOTO

Şəhid baş leytenant Samid Əkbərovun anası Zərifə Əkbərova 65 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yer alıb.

Qeyd edək ki, Samid Əkbərov 23 yanvar 1983-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 8 noyabr 2008-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı