Nə Mbappe, nə də Haaland... - “Real”dan 130 milyonluq transfer

"Real Madrid" "Napoli"nin hücumçusu Viktor Osimhen üçün təklif irəli sürüb.

Metbuat.az xəbər verir ki, “Real” Erlinq Haaland və Kilian Mbappe transferində heç bir irəliləyişə nail ola bilmədiyi üçün diqqəti Osimhenə yönəldib. Bildirilir ki, mərkəz hücumçusu axtarışında olan “Real” Viktor Osimhenin transferinin daha asan başa gələcəyini hesab edir. “Real”ın futbolçu üçün 130 milyon avro təklif etdiyi irəli sürülür. İddialara görə, Viktor Osimhen “Real”ın təklifinə razılıq verib.

Qeyd edək ki, nigeriyalı ulduz futbolçu bu mövsüm İtaliya A Seriyasında 16 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR