“Dinamo”dan Mahir Emreli barədə sürpriz qərar

Xorvatiyanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelini transferə çıxaracaq.

Metbuat.az xəbər verir ki, bu barədə yerli “slobodnadalmacija.hr” saytı məlumat yayıb.

Bildirilib ki, Zaqreb təmsilçisi qış fasiləsində bir neçə futbolçusunu satmağı planlaşdırır ki, onlardan biri də Emrelidir. 26 yaşlı hücumçunun çıxışı baş məşqçi Sergey Yakiroviçin ürəyincə deyil.

Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR