İrəvanda ermənilərə vəd verən baş naziri ölkəsində rəzil etdilər

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna İrəvana səfəri zamanı “qondarma soyqırım” iddialarını tanımaq üçün addımlar atacaqlarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Tsahkna açıqlamasında Estoniyanın bir çox müttəfiqinin “soyqırım” iddialarını tanıdığını və məsələni Estoniya parlamentinə qaldıracağını bildirib. Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Marko Mihkelson issə məsələyə etiraz edib. Tsahknanın təklifinə təəccübləndiyini deyən Mihkelson, məsələnin parlamentdə heç vaxt müzakirə edilmədiyinə diqqət çəkib.

"Biz bunu nazirin sosial şəbəkədəki yazısında oxuyuruq. Xarici işlər naziri bu kiçik detalı unudur: Əgər parlamentdə mümkün olan ən böyük dəstəyi almaq istəyirsinizsə, məsələni sosial mediada elan etməzdən əvvəl müttəfiqlərinizin istəyini müşahidə etməlisiniz. Müxtəlif seqmentlərdən olan nümayəndələrlə ünsiyyətimdə bu məsələnin hazırda vacib olduğunu görmədim."

Hazırda dünyanın mürəkkəb prosesdən keçdiyini və Ukrayna müharibəsinin Estoniyanın yaxınlığında getdiyini bildirən Mihkelson, "Hazırda Türkiyə ilə əlaqələrə üstünlük vermək daha vacibdir. Bizim Türkiyə ilə müdafiə sahəsində mühüm əməkdaşlığımız var və NATO-nun çox mühüm müttəfiqidir. Əks siyasi həmlə Estoniyanın təhlükəsizlik maraqlarına tamamilə ziddir" deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı