HƏMAS İsrailin atəşkəs çağırışına rəsmən cavab verdi

HƏMAS Qəzza zolağındakı müqavimət qruplarının İsrailin hücumlarını tamamilə dayandırmadan girov mübadiləsi razılaşmasının müzakirə olunmayacağına qərar verdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı HƏMAS-ın teleqram hesabında yazılı açıqlama paylaşılıb. Məlumata görə, Misir və Qətər vasitəçiləri ilə İsrail arasında yeni girov mübadiləsi razılaşmasına nail olmaq üçün danışıqlar davam edir.

Qeyd edək ki, HƏMAS lideri İsmayıl Haniyə Qəzzada atəşkəsin tətbiq edilməsinə dair danışıqlar üçün Misirə gedib. Misir rəsmiləri ilə görüşən HƏMAS-ın Siyasi Bürosunun sədri İsmayıl Haniyə atəşkəsi və əsir mübadiləsini müzakirə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı