“Mançester Siti” klublarası dünya çempionatının qalibi oldu

İngiltərə komandası “Mançester Siti” klublarası dünya çempionatının qalibi olub.

Metbuat.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi finalda Braziliya klubu “Fluminense”ni məğlub edib.

“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə 4 cavabsız qolla qələbə qazanıb. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.

Yaponiyanın “Urava Reds” klubunu 4:2 hesabı ilə üstələyən Misir “Əl Əhli”si isə turnirdə üçüncü yeri tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı