Bakı metrosunda 65 yaşlı kişiyə görə hərəkət dayandı

“Xalqlar dostluğu” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata əsasən, 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq səbəbilə qatar stansiyaya daxil olarkən stansiya yoluna düşüb.

Dərhal stansiya yolundan yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub. Sərnişin stansiya yolundan çıxarılıb, ona ilkin yardım göstərilib. Sərnişin təcili tibbi yardım xidməti ilə yola salınıb.

Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı