​Serbiyada aksiyalar keçirilir

Serbiyanın paytaxtı Belqradda parlament və bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən nümayişçilər Dövlət Seçki Komissiyasının binası qarşısına toplaşıb.

Metbuat.az xəbər verir ki, ölkədə seçkilərin yenidən keçirilməsini tələb edən nümayişçilər buradan Belqrad Bələdiyyə Məclisinin binasına doğru yürüş təşkil ediblər. Nümayişçilər Bələdiyyə Məclisinin binasına məşəllər ataraq binanın qapısını, pəncərələrini və təhlükəsizlik kamerasını sındırıblar. Polis nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edib.

Prezident Aleksandar Vucic gərginlikdən sonra xalq qarşısında çıxış edərək hüquq-mühafizə orqanlarının vəziyyəti nəzarətdə saxladığını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı