“Real Madrid” azarkeşlərinin gözlədiyi yeni il hədiyyəsi Arda Güler olub.
Metbuat.az xəbər verir ki, futbolçunun zədəsi tamamilə sağalıb. “Mundo Deportivo”nun məlumatına görə, Arda Güler əsas heyətdə yer almağa tam hazır formadadır. Məlumata görə, 3-cü zədəsindən sonra tam sağalan Arda Gülerin oyunlarda əvvəlcə 20 dəqiqə şans əldə edəcəyi daha sonra isə bu vaxtın artacağı nəzərdə tutulub. Bununla Ardanın əzələ toplamasını təmin etməkdir.
Qeyd edək ki, Arda Güler “Real Madrid”ə transfer olandan sonra 3 dəfə zədələnib və indiyə qədər əsas heyətdə yer almayıb.