Saxta "Şaxta baba"nın görüntüləri gündəm oldu - VİDEO

Peruda polis məmuru "Şaxta baba" geyimi ilə narkotik qaçaqmalçılığı ilə məşğul olan təhlükəli dəstəyə qarşı əməliyyat keçirib.

Metbuat.az xəbər verir ki, Limanın şimalında keçirilən əməliyyat zamanı polis şübəhliləri saxlayıb. Məlumata görə, bayram əhval-ruhiyyəsindən istifadə edən polis "Şaxta baba" geyimində evin qapısını balyozla sındıraraq evə daxil olub. Bildirilir ki, polis diqqəti cəlb etməmək üçün "Şaxta baba" kimi geyinib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR