Rusiyanın TASS informasiya agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Metbuat.az xəbər verir ki, məktubun mətnində deyilir:
“Möhtərəm İlham Heydər oğlu.
Doğum gününüz mübarək olsun! Sizin üçün bu əlamətdar gündə ən səmimi təbriklərimi qəbul edin.
Siz uzun illər ərzində ölkənin həyatında sabitliyin və rifahın təminatçısı, Azərbaycan xalqının etibarlı müdafiəçisi, dünyada gedən iqtisadi və siyasi proseslərin fəal iştirakçısı, Rusiyanın etibarlı tərəfdaşısınız. Sizin müdrik siyasətiniz, strateji düşüncə tərziniz, məqsədyönlülüyünüz və uzaqgörənliyiniz artıq çoxdandır ki, ən yüksək şəkildə qiymətləndirilib, Azərbaycan xalqı tərəfindən ehtiram və minnətdarlıqla, dünya ictimaiyyətinin rəğbəti ilə qarşılanıb.
Sizə səmimi-qəlbdən xoşbəxt həyat və ən başlıcası, uzun ömür arzulayıram. Qoy, həyatınız sevincli hadisələrlə, xeyirxah əməllərlə və böyük nailiyyətlərlə zənginləşsin!
Sizə və yaxınlarınıza möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram”.