Gözlənilən güclü küləklə əlaqədar daha bir XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Metbuat.az xəbər verir ki, güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR