Messi ilə qonşu olduğuna görə 25 milyon qazandı - FOTO

Lionel Messi “İnter Mayami”yə transfer olandan sonra Cənubi Floridadakı adaların birində malikanəyə köçüb.

Metbuat.az xəbər verir ki, onun malikanəsi Amerikalı sahibkar, yazar və maliyyə müşaviri Patrik Bet-Davidin malikanəsinin yanındadır. Amerikalı sahibkar bildirib ki, Messinin əraziyə köçməsindən sonra adada evlərin qiyməti artıb. Adaya turistlərin gəlişi də intensivləşib. Hətta adada evi olan, lakin evlərinə gəlməyən insanlar da tez-tez gəlib evlərinə baxış keçirirlər.

“Messi mənim evimin yanına köçdü. Hər kəs buraya gəlmək istəyir. Bu, yalnız bir yolu olan adadır. Çox təhlükəsiz yerdir. Allahın izni ilə belə də qalacaq. İndi Messi oradadır, hamı qayıqları ilə evlərə baxmağa gəlir. Mən burdakı evimdən 25 milyon qazanmışam artıq".

Qeyd edək ki, “İnter Mayami”yə transfer olan Serxio Busquets də Messi ilə qonşudur.

Lionel Messi mansion Miami


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR