ASGA Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumunu reallaşdıracaq

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) 2024-cü ilin yanvar ayında ilk dəfə olaraq Gənclər Fondunun dəstəyi ilə Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumunu reallaşdıracaq.

Bu barədə Metbuat.az-a ASGA sədri Səbuhi Abbasov məlumat verib:

"Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi olaraq bu sahədə ciddi təcrübəmiz var. Belə ki, son 5 il ərzində biz Azərbaycan-Slavyan Gənclərinin I Forumunu, Azərbaycan-Ukrayna Gənclərinin I Forumunu, Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumunu uğurla reallaşdırmışıq, Qarabağa aid 3 dildə 2 film ərsəyə gətirmiş, shuhsapost.az saytını yaratmışıq. Bu mənada "Azərbaycan-Polşa Gənclərinin Qarabağ Forumu”nun reallaşmasını fəaliyyətimizin məntiqi davamı kimi görürük. Tədbir 2024-cü ilin yanvar ayında, Polşanın paytaxtı Varşavada reallaşacaq. Biz, eyni zamanda, Diaspora Komitəsi və Polşadakı səfirliyimizə də dəstəkdən dolayı müraciət etməyi düşünürük. Layihəmiz Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşacaq. Dəstəkdən dolayı Fondun rəhbərliyinə, Müşahidə Şurasının üzvlərinə təşəkkür edirəm. Avropanın mərkəzində yerləşən Slavyan ölkələrinə surətli inteqrasiya indiki şəraitdə çox vacibdir. Polşa isə Avropada strateji gücə malikdir. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR