"Qalatasaray"da Ronaldo həyəcanı

Türkiyə superkubok matçı öncəsi "Əl-Nəssr" stadionunda məşqini keçirəcək "Qalatasaray"ı Kriştiano Ronaldonun da izləyəcəyi iddia edilib.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçiriləcək Superkubok finalı öncəsi hazırlıqlar tamamlanıb. Qarşılaşma Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr"in ev oyunlarını keçirdiyi “Aawal Park”da oynanılacaq. "Qalatasaray" matçdan əvvəl "Əl-Nəsr"in stadionunda məşq edəcək. Məlumata görə, "Qalatasaray"ın məşqini "Əl-Nəssr"ın ulduzu Ronaldo da izləyəcək. O, futbolçularla görüşəcək. Məşqi "Qalatasaray"ın sabiq futbolçusu Aleks Tellesin də izləyəcəyi deyilir.

Qeyd edək ki, “Qalatasaray" və “Fənərbaxça” arasında keçiriləcək Türkiyə superkubok matçı iki gün sonra təşkil ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR