Azərbaycanın Türkiyədəki səfirliyi prezident seçkiləri ilə əlaqədar məlumat yaydı

Ölkəmizin Türkiyədəki səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının qarşıdan gələn prezident seçkilərində iştirakı ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, səfirliyin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda qeyd edilir: “Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə.

2024-cü il fevralın 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçiriləcək. On səkkiz yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarının səsvermə hüququndan istifadələri üçün seçici siyahısına daxil edilmələri məqsədilə aşağıdakı məlumatların bu il dekabrın 29-dək Azərbaycanın Türkiyədəki səfirliyinin consul_ankara@mission.mfa.gov.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur:

1. Soyad, ad, ata adı;

2. Doğum tarixi;

3. Ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi;

4. Türkiyə Respublikasında daimi və ya müvəqqəti yaşadığı ünvan;

5. Əlaqə məlumatları (telefon, e-mail)”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı