Xankəndidə bir neçə bina yenidən qurulacaq

34 min 500 ailə təqribən 140 min məcburi köçkün geriyə qayıdaraq öz dədə-baba yurdlarında məskunlaşması nəzərdə tutulub. Bu məqsədlə Ərazi Planlaşdırma sənədləri hazırlanıb və sənədlər əsasında bütün regionda tikinti layihələri hazırlanır.

Metbuat.az xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma Komitəsinin sədr müavini İlqar İsbatov jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, həm şəhərlərdə yaşayış məhəllələrinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin tikintisi davam edir, eyni zamanda kənd yaşayış məskənlərində də işlərə başlanılıb.

“İstər Qarabağ iqtisadi zonasında, istər də Şərqi Zəngəzurda işlərə başlanılıb və uğurla davam edir. Antiterror tədbirləri nəticəsində azad olunmuş və təmizlənmiş ərazilərdə tikinti-quruculuq işləri aparılır. İşlərə başlamazdan əvvəl həmin ərazilərdə dəyərləndirmə həyata keçirilir. Dəyərləndirmə işinin yekun mərhələsi bitib və Ərazi Planlaşdırma layihələrinin hazırlanmasına başlanıb. Biz çalışırıq ki, şəhərlərimizdə və kəndlərimizdə paralel tikinti işlərinə başlansın. Bu məqsədlə ilkin olaraq Xocalı şəhərində işlərə başlanılıb. Xankəndi şəhərində bir neçə binanın yenidən qurulması işlərinə yaxın günlərdə başlanılacaq. Eyni zamanda, Xanbəyli kəndində, Turşsu qəsəbəsində və bir neçə başqa kəndlərdə də parallel olaraq işlərin başlanması nəzərdə tutulub. Baş plan layihələri bu ilin sonuna qədər azad edilmiş ərazilərdə tamamlanmalıdır. Müvafiq qurumlardan razılaşdırma sənədlərinin alınması davam edir. Kəlbəcər, Şuşa və Qubadlı şəhərlərinin isə razılaşdırılma sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir”, - deyə İlqar İsbatov əlavə edib


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı