Ronaldo Türkiyə superkubokunda bu kluba azarkeşlik edəcək

Kriştiano Ronaldo Türkiyə superkubok matçı öncəsi "Əl-Nəssr" stadionunda məşqini keçirən "Qalatasaray"ı izləyib.

Metbuat.az xəbər verir ki, Ronaldo superkubok matçını stadiondan izləyəcəyini ifadə edib. Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, Ronaldo dəstəkləyəcəyi komandanın da adını açıqlayıb. Məlumata görə, Ronaldo söhbət edərəkən “Favaritim "Qalatasaray"dır, "Qalatasaray"ı dəstəkləyəcəm" deyə bildirib.

Qeyd edək ki, qarşılaşma bu gün "Əl-Nəssr"in ev oyunlarını keçirdiyi “Aawal Park”da oynanılacaq. "


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR