"Real Madrid"in futbolçusu Arda Güler tətilini erkən başa vurub.
Metbuat.az xəbər verir ki, Arda Güler tətildən tez qayıdaraq məşqlərə başlamaqla baş məşqçi Karlo Ançelottiyə sürpriz edib. Məlumata görə, Arda Gülerin davranışı Karlo Ançelottini təəccübləndirib. Ançelotti Ardanın davranışını təqdir edib. İspaniya mətbuatının məlumatına görə, Arda əsas heyətdə yer almağa çalışdığı bir vaxtda İspaniyanın 3 klubu onu icarəyə götürmək üçün israr edir.
Onların “Vilyarreal”, “Las Palmas” və “Selta Viqo” klubları olduğu bildirilib. Qeyd edək ki, Arda Güler “Real Madrid”ə transfer olandan sonra 3 dəfə zədələnib və indiyə qədər əsas heyətdə yer almayıb.