Professor Azər Əhmədov vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov dünyasını dəyişib.

Metbuat.az bildirir ki, bu barədə universitetdən məlumat verilib.

Qeyd edək ki, Azər İnşalla oğlu Əhmədov 29 aprel 1964-cü ildə anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1989-cu ildə həmin fakültəni bitirib. 1992-1995-ci illərdə Fizika fakültəsinin Nəzəri Fizika kafedrasının aspirantı olub. 1996-cı ildə namizədlik, 2016-cı ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2007-2022-ci illərdə Nəzəri Fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR