Qərbin 300 milyard dollarlıq həmləsinə Rusiyadan cavab

G7 ölkələri Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini ələ keçirəcəyi təqdirdə Rusiya cavab addımları atacaq.

Metbuat.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. Peskov jurnalistlərə G7 ölkələrinin Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərini ələ keçirmək cəhdlərini dəyərləndirib. O bildirib ki, Qərbin bu davranışı oğurluqdur.

“Bu, beynəlxalq iqtisadiyyatın əsas təməllərinə ciddi zərbə vuracaq və beynəlxalq iqtisadiyyatı sarsıdacaq. Bu, digər ölkələrin ABŞ və Avropa İttifaqına iqtisadi qarant kimi inamını sarsıdacaq. Ona görə də bu cür hərəkətlərin çox ağır nəticələri var” – Peskov deyib.

Qeyd edək ki, Qərb Rusiya Mərkəzi Bankına məxsus təxminən 300 milyard dolları Ukraynaya yönəltməyə çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı