Azərbaycan neft və qazın idxalına vergi güzəşti tətbiq etdi

Azərbaycan bu gündən svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalını 3 il müddətinə ƏDV-dən azad edir.

Metbuat.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.

Sənədə əsasən, bu əməliyyat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın verdiyi təsdiqedici sənəd əsasında aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycan svop sazişləri çərçivəsində Türkmənistan və İrandan qaz idxal edir. Azərbaycan İrandan keçməklə 2 milyard kubmetr Türkmənistan qazı alır.

Azərbaycanda ƏDV dərəcəsi 18 % təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı