Kadırov ona qarşı çıxanları məhv etməyi tapşırdı

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın komandirləri ilə Yeni il öncəsi görüşündə şok bəyanatlar verib.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Kadırov təhlükəsizlik qüvvələrini məkandan asılı olmayaraq, ona qarşı çıxanları məhv etməyə çağırıb. O, həmçinin özünün Telegram kanalında “yad ideologiyaya qarşı mübarizə” məsələsinə də diqqət çəkib. O, “yad ideologiyaya qarşı mübarizə” dedikdə xaricdən idarə olunan və sosial şəbəkələr vasitəsilə gənc nəslə təsir edən icmaları nəzərdə tutub.

“Bizim baxışımızla razılaşmayan hər kəs respublikanı tərk etsin”, - Kadırov deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı