Ukrayna üçün vəziyyət çətinləşir: Qərbin dəstək üçün pulu qalmayıb

“ABŞ-nin artıq Ukraynaya hərbi və iqtisadi dəstək üçün pulu qalmayıb”.

Metbuat.az xarici KİV-ə istinadla bildirir ki, bu açıqlamanı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Amerika administrasiyasının nümayəndəsinin sözlərinə görə, bu yaxınlarda Prezident Co Bayden vəsaitlərin ayrılması üçün son sənədləri imzalayıb.

Qeyd edək ki, Vaşinqton dekabrın 27-də Ukraynaya 250 milyon dollar məbləğində son yardım paketini ayırıb. Birləşmiş Ştatlar hələ də Ukrayna üçün yeni vəsaitlə bağlı razılığa gəlməyib. Konqres Baydenin iddia etdiyi kimi, maliyyələşdirməni təsdiqləməsə, Ukraynaya silah tədarükünü davam etdirmək mümkün olmayacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı