Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 % artıb

2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin dəyəri 5 milyard 851 milyon 28 min ABŞ dolları təşkil edib.

Metbuat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 % çoxdur.

11 ayda Azərbaycanla MDB ölkələri arasında 1 milyard 502 milyon 99 min ABŞ dolları dəyərində ixrac (1 il əvvələ nisbətən 1,7 % çox), 4 milyard 348 milyon 929 min ABŞ dolları dəyərində idxal (12,4 % çox) əməliyyatları həyata keçirilib.

Hesabat dövründə MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 4,8 %, ümumi idxalında payı isə 27,5 % təşkil edib.

Bu dövrdə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq Rusiya, Türkmənistan, Ukrayna, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, Moldova və Tacikistanla olub.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinin dəyəri 3 milyard 952 milyon 66 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 1 milyard 83 milyon 642 min ABŞ dolları, idxalının dəyəri isə 2 milyard 868 milyon 424 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 21 %, o cümlədən ixrac 26,1 %, idxal isə 19,3 % artıb.

Ölkəmizin Türkmənistanla ticarət əməliyyatlarının dəyəri 738 milyon 965 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 77 milyon 332 min ABŞ dolları, idxalının dəyəri isə 661 milyon 633 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 73 %, o cümlədən ixrac 3,9 dəfə, idxal isə 62,4 % artıb.

Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsinin dəyəri 320 milyon 310 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 109 milyon 843 min ABŞ dolları, idxalının dəyəri isə 210 milyon 467 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 44,8 %, o cümlədən ixrac 68,8 %, idxal isə 7,9 % azalıb.

Ölkəmizin Qazaxıstanla ticarət əməliyyatlarının dəyəri 300 milyon 795 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 93 milyon 31 min ABŞ dolları, idxalının dəyəri isə 207 milyon 764 min ABŞ dolları olub. İl ərzində ticarət dövriyyəsi 45,3 % azalıb, o cümlədən ixrac 2,9 % artıb, idxal isə 54,8 % azalıb.

Azərbaycanın Belarus ilə ticarət dövriyyəsinin dəyəri 299 milyon 697 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 27 milyon 201 min ABŞ dolları, idxalının dəyəri isə 272 milyon 496 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 2,1 %, o cümlədən ixrac 5,6 % azalıb, idxal isə 44,4 % artıb.

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 161 milyon 581 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 43 milyon 336 min ABŞ dolları, idxalının dəyəri isə 118 milyon 245 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 1,6 % azalıb, o cümlədən ixrac 3,9 % artıb, idxal isə 3,5 % azalıb.

Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsinin dəyəri 57 milyon 589 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 53 milyon 84 min ABŞ dolları, idxalının dəyəri isə 4 milyon 505 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 6 dəfə, o cümlədən ixrac 11,6 dəfə artıb, idxal isə 11,6 % azalıb.

Azərbaycanın Moldova ticarət dövriyyəsinin dəyəri 14 milyon 151 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 90 milyon 830 min ABŞ dolları, idxalının dəyəri isə 4 milyon 321 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 22 %, o cümlədən ixrac 30 % azalıb, idxal isə 4 % artıb.

Azərbaycanın Tacikistanla ticarət dövriyyəsinin dəyəri 5 milyon 867 min ABŞ dolları, o cümlədən ixracının dəyəri 4 milyon 797 min ABŞ dolları, idxalının dəyəri isə 1 milyon 70 min ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 32,3 %, o cümlədən ixrac 10,7 %, idxal isə 10,5 dəfə artıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı