Quterreş Qəzza ilə bağlı Təhlükəsizlik Şurasına hesabat təqdim etdi

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Qəzza ilə bağlı BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda, ilk növbədə münaqişənin dayandırılmasına ehtiyac olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, Quterreş BMT Təhlükəsizlik Şurasının Qəzzaya yardımın çatdırılması üçün təcili addımların atılması qərarından sonra ilk hesabatını Təhlükəsizlik Şurasına təqdim edib. Baş katib hesabatında, xüsusilə Qəzzanın şimalında mülki vətəndaşların öldüyünə və İsrailin hücumları nəticəsində yaranan dağıntıların miqyasına diqqət çəkib. Hesabatda İsrail Müdafiə Qüvvələrinin sıx məskunlaşan ərazilərdə geniş əraziyə aid partlayıcı silahlardan istifadə etməsi nəticəsində Qəzzada indiyədək evlərin 60 faizindən çoxunun zərər gördüyü və ya dağıldığı qeyd edilib. BMT-nin baş katibi öz hesabatında Qəzzanın şimalında humanitar vəziyyətin ciddiliyinə toxunub və humanitar yardımın vacibliyinə diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı