Daha bir ölkədə vətəndaş müharibəsi - Sərhəd bölgəsi ələ keçirildi

Myanmadakı silahlı qruplar Çin sərhədindəki Laukkaing bölgəsini ələ keçirib.

Metbuat.az xəbər verir ki, Myanma hökuməti də ordu qüvvələrinə qarşı hücumlarını davam etdirən silahlı qrupların Çin sərhədindəki Laukkaing bölgəsini ələ keçirdiyini bəyan edib. Myanma Hərbi Hökumətinin sözçüsü general-mayor Zav Min Tun bildirib ki, hərbçilər Çinlə münasibətlər də daxil olmaqla bir çox məsələni nəzərdən keçirdikdən sonra Laukkaing üzərində nəzarətdən imtina ediblər. Myanma mətbuatının məlumatına görə, Laukkaing bölgəsindəki Yan Lon Kyaing Sərhəd Qapısı silahlı qruplar tərəfindən ələ keçirilən 5-ci keçid məntəqəsi olub. Qeyd edək ki, Myanma ordusu 2020-ci il parlament seçkilərində saxtakarlıq iddiaları və ölkədəki siyasi gərginlikdən sonra 2021-ci ildə hökuməti ələ keçirib.

Ordu ölkənin faktiki lideri və xarici işlər naziri Aunq San Suu Kyi başda olmaqla bir çox məmur və hakim partiya rəhbərlərini saxlayıb və fövqəladə vəziyyət elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı