Arda heyran etdi - "O ​​bir almazdır"

"Real Madrid"in hücumçusu Joselu İspaniya kubokunun 1/16 finalında "Arandina" ilə oyunda ilk dəfə meydana çıxan Arda Güler haqda danışıb.

Metbuat.az xəbər verir ki, o Ardanın çox keyfiyyətli şəxsiyyətə sahib olduğunu ifadə edib.

"Arda Güler bir almazdır. Arda Gülerə dedim ki, ilk dəqiqələri həqiqətən zövqlü olacaq. O, uzun müddət oynaya bilməzdi. Onu qoruyub dəstəkləməliyik. O, çox keyfiyyətli və özəl istedaddır. O, özünü göstərməkdə davam edəcək”.

Qeyd edək ki, “Arandina” matçında ilk dəfə "Real Madrid"in əsas heyətində meydana çıxan türk futbolçu Arda Güler 59 dəqiqə meydanda qalıb və effektiv oyun nümayiş etdirib. O, ilk hissənin ən yaxşısı oyunçusu hesab edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR