"Real"a keçəcəyi gözlənilən Mbappenin transferi açıqlandı

PSJ klubunun futbolçusu Kilian Mbappe "Real Madrid"ə transfer olacaq.

Metbuat.az xəbər verir ki, tərəflər mövsümün sonunda müqavilənin imzalanması üçün razılıq əldə ediblər. "FootMercato"nun məlumatına görə, Madrid təmsilçisi 25 yaşlı hücumçu ilə tam razılığa gəlib. Bildirilir ki, Mbappe “Real”la müqavilə imzalayacaq və PSJ ilə müqaviləsi bitdikdən sonra komandaya qoşulacaq. Xarici KİV-lər yazır ki, “Real” Mbappeyə illik 35 milyon avro civarında məvacib verəcək. Həmçinin “Real”ın imza pulu olaraq Mbappeyə 120 milyon avro verəcəyi irəli sürülüb.

Qeyd edək ki, Mbappe cari mövsüm PSJ-də 24 oyun keçirib, 25 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR