Azərbaycan atleti beynəlxalq marafonda rekorda imza atdı

Azərbaycan atleti Anna Yusupova Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay marafonunda qüvvəsini sınayıb.

Azərbaycan Atletika Federasiyasından (AFF) Metbuat.az-a verilən məlumata görə, finişə 2 saat 42 dəqiqə 32 saniyəyə çatan idmançı 12-ci yeri tutub.

O, mükafatçılar sırasına düşə bilməsə də, qadınlar arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekorduna imza atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı