"Real" Ardanın icarə göndərilməsi barədə qərarını verdi

“Real Madrid”də “Arandina” ilə görüşdə debüt edən Arda Güler üçün Bundesliqa klublarından icarə təklifləri gəlib.

Metbuat.az xəbər verir ki, məşhur italyan insayder Fabrizio Romano başda Bundesliqa olmaqla bəzi klubların Arda Güleri icarəyə götürmək üçün “Real Madrid”ə müraciət etdiyini yazıb. İspaniya mediasında Ardanın icarəyə göndəriləcəyi barədə iddialar dərc edilsə də, “Real”ın təklifləri rədd etdiyi bildirilir.

Məlumata görə, Arda Güler mövsümün sonuna qədər “Real”ın heyətində yer alacaq. Məlumata görə, Arda Gülerə maksimum güvənən “Real Madrid” texniki rəhbərliyi “Uşaq heç yerə getmir” deyə cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı