Quru sərhədlər bu tarixdə açılacaq - İDDİA

Koronavirus pandemiyası başlayandan Azərbaycan quru sərhədlərini bağlı saxlayır.

Karantin rejimində virusla bağlı bəzi məhdudiyyətlər zaman-zaman aradan qaldırılsa da, quru sərhədlərlə bağlı verilən qərar 3 ildir dəyişmir. Qeyd edək ki, xüsusi karantin rejimi ölkə ərazisində 1 aprel 2024-cü ilə qədər uzadılıb. Nazirlər Kabinetinin bu qərarından sonra quru sərhədlərin də ən az bu müddətə qədər bağlı qalacağı bildirilirdi.

Metbuat.az Referans.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe TV-nin efirində quru sərhədlərin yaxın günlərdə açılacağını deyib:

“Azərbaycan hökumətinin bu il artım gözlədiyi sahələrdən birincisi turizmdir. Hökumət bu sektorda 15 faiz artım gözləyir. Bu artımın nəyin hesabına olacağı, hansı addımlar atılacağı hələlik bəlli deyil. Amma mənim gözləntim odur ki, 2024-cü ilin ilk aylarında Azərbaycan quru sərhədlərini açacaq. Bunun anonsunu indidən verə bilərəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı