İsrail ordusunun girovları xilas etmək cəhdi uğursuz alındı

HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” İsrail qüvvələrinin Qəzza zolağının şimalında həyata keçirdiyi girovların xilas edilməsi əməliyyatının uğursuz olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda qeyd edilir ki, İsrail qüvvələri girovları xilas etmək üçün onların saxlandıqlarını güman etdiyi yerə sızmağa çalışıb. Həmin vaxt müqavimət qüvvələri İsrail hərbçiləri arasında qarşıdurma baş verib. Bildirilib ki, qarşıdurma zamanı İsrail qüvvələri ölüb və yaralanıb, onların texnikası müsadirə edilib, girovları xilas etmək cəhdi uğursuz alınıb.

Qeyd edək ki, İsrail ordusundan məsələ ilə bağlı hələlik açıqlama verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR