Ançelottidən Ardaya sürpriz "hədiyyə" - Türk ulduzu belə mükafatlandırdı

Kral Kuboku çərçivəsində "Arandina" ilə matçda yaxşı oyun nümayiş etdirən Arda Gülər "Atletiko Madrid" matçının heyətində də yer alıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Ardanı kubok oyunundakı performansına görə onu vacib oyunun heyətinə daxil edib İspaniya mediası Ançelottinin bu qərarını “Ançelotti Ardanı ilk oyunundakı performansına görə mükafatlandırdı” başlığı ilə dərc edib.

Qeyd edək ki, La Liqanın lideri "Real Madrid" İspaniya Superkubokunun yarımfinalında "Atletiko" ilə qarşılaşacaq. Tək matç şəklində oynanılacaq yarımfinal matçı Səudiyyə Ərəbistanında baş tutacaq.Yarımfinalda "Real Madrid" - "Atletiko Madrid" matçı "Əl Aval Park"da oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR