Televiziyaya hücum edib canlı yayımda aparıcının cibinə dinamit qoydular - VİDEO

Ekvadorda kartel üzvləri televiziya kanalına basqın edərək, jurnalistləri və kanalın əməkdaşlarını girov götürüblər.

Metbuat.az xəbər verir ki, qruplaşma üzvləri diktorun cibinə dinamit qoyub və onu silahla hədələyərək, diktora polisə onları təqib etməsini dayandırmasını barədə çağırış etməsini tələb ediblər. Ekvador polisi telekanalı mühasirəyə alıb. Ekvador polisi televiziya kanalına basqın edən bəzi dəstə üzvlərinin tutulduğu barədə görüntüləri paylaşıb.

Qeyd edək ki, sözügedən basqın Los Çoneros dəstəsinin lideri “Fito” ləqəbli Xose Adolfo Macias Villamarın Quayakildəki həbsxanadan qaçmasından sonra Prezident Daniel Noboanın fövqəladə vəziyyət elan etməsindən bir neçə saat sonra həyata keçirilib. Dəstə liderinin saxlanılması üçün polis axtarışlara başlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı