BMT TŞ-də etiraz aksiyası keçirildi

Bir qrup sülh tərəfdarı Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının zalına daxil olaraq etiraz aksiyası keçirib və “Qəzzada atəşkəs” çağırışı edib.

Metbuat.az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının zalında nümayiş keçirən etirazçılar pankartlar açıb. Onlar “Bayden, dünya atəşkəs istəyir” və “Bayden, sülhə veto qoymağı dayandır” yazılı böyük pankartlar açaraq sülh mahnıları oxuyublar. Etirazçılar bildiriblər ki, zorakılığın dayandırılması üçün diplomatik fəaliyyətin həyata keçirilə biləcəyi yer BMT-dir.BMT-nin atəşkəs səylərini dəstəkləmək üçün orada olduqlarını ifadə edən "sülh tərəfdarı" qrup, BMT Baş Assambleyasının böyük əksəriyyətinin atəşkəsə səs verdiyinə, lakin ABŞ-ın buna mane olduğuna diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı