Ekvadorda dəstə liderinin həbsxanadan qaçması xaosa səbəb olub

Ekvadorda əməliyyatlar zamanı 329 dəstə üzvü saxlanılıb.

Metbuat.az xəbər verir ki, Peru hökuməti də Ekvadorla sərhəddə yerləşən 5 bölgədə fövqəladə vəziyyət elan edib. Ekvador Silahlı Qüvvələrinin Birgə Komandanlığı 5 banda üzvünün öldürüldüyünü bildirib. Əməliyyatlar zamanı 2 polis həyatını itirib, 1 polis isə ağır yaralanıb. İğtişaşların baş verdiyi 5 həbsxanada 139 mühafizəçi girov saxlanılır. Məlumata görə, həbsxanadan qaçan 28 məhbus ələ keçirilib.

Qeyd edək ki, “Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazarın həbsxanadan qaçmasında sonra ölkədə fövqəladə vəziyyət elan edilib. Dəstə liderinin axtarışına etiraz edən qruplaşma üzvləri ölkədə xaos yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı