Azərbaycan ötən il qaz hasilatını artırıb

Azərbaycan 2023-cü ildə qaz hasilatını 3,2 faiz artırıb.

Metbuat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində yazıb.

"Bu dövrdə 3,2% artımla hasil edilmiş 48,3 milyard kubmetr qazın 23,8 milyard kubmetri ixrac olunub", - o yazıb.

Bundan başqa, nazir ötən il hasil edilmiş 30,2 milyon ton neftin 25,2 milyon tonunun ixrac edildiyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı